BAKI, 14 may. TELEQRAF
“Rusiyaya qarşı sanksiyalar ləğv edilən kimi, Ermənistan iqtisadi cəhətdən çökəcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.
“İqtisadiyyat 2022-ci ilə qədər əsasən durğunluq vəziyyətində olub. Artım yalnız o dövrdə başladı, əsasən bir səbəblə bağlı idi: Rusiyaya qarşı tətbiq edilən sanksiyalar.
Ermənistan və Rusiya Avrasiya İqtisadi Birliyinin üzvləridir, ona görə də onlar arasında ticarət tarifsizdir. Sanksiyalardan yayınmaq üçün bir çox mal Ermənistana idxal edilib, daha sonra yenidən Rusiyaya ixrac olunub. İqtisadi artımımız məhz bu amillə müəyyən edilib.
Rəqəmlərə baxın: hər şey 2022-ci ildə - Ukrayna ilə Rusiya arasında müharibənin başlamasından sonra başladı. Yeni fabriklər və ya yeni texnologiyalar yoxdur. Rusiyaya qarşı sanksiyalar ləğv edilən kimi, Ermənistan iqtisadi cəhətdən çökəcək”, - o bildirib.