BAKI, 14 may. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında 44 günlük müharibəyə Baş nazir Nikol Paşinyan səbəbkar olub”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.
Köçəryan Paşinyanı hakimiyyətinin əvvəlində Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini pozmaqda ittiham edib.
“2018-2020-ci illərdə danışıqlar prosesini pozmaq üçün əlindən gələni etdi. Əslində danışıqlardan imtina etdi. “Qarabağ Ermənistandır və nöqtə” deyəndə, danışıqlar prosesi məhv oldu. Bu, müharibənin başlamasının əsas səbəblərindən biri idi”, - Köçəryan bildirib.