BAKI, 14 may. TELEQRAF

2026-cı ilin birinci rübü ərzində respublika ərazisində 33 partlayış hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin partlayışlara dair statistik məlumatında qeyd olunub.

Bildirilib ki, bu da 2025-ci ilin I rübü ilə müqayisədə 15 hadisə və ya 83% çoxdur. Partlayışlar zamanı 2 nəfər həlak olub, 44 nəfər xəsarət alıb.