BAKI, 16 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Slovakiyanın baş naziri Robert Fitso ilə Floridada mətbuata qapalı formatda görüş keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən yayımlanan rəsmi cədvəldə məlumat yer alıb.

Məlumata görə, görüş 17 yanvar tarixində Floridanın Palm-Biç şəhərində baş tutacaq.

Qeyd edilir ki, görüş qapalı formatda keçiriləcək və tədbir zamanı mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulmur.