BAKI, 16 yanvar. TELEQRAF
2025-ci ildə “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 1,07% azalıb.
Teleqraf xəbər verir ki, bankın nağd vəsaitləri 2024-cü ilin dekabrın 31-nə 14 milyon 283,24 min manat təşkil edirdisə, 2025-ci ilin müvafiq dövründə 14 milyon 130,36 min manat olub.
Bankda hüquqi şəxslərin müddətli depozitləri 12,82% azalıb. 2024-cü ildə bankda hüquqi şəxslərin müddətli əmanətlərinin həcmi 92 milyon 793,94 min manat təşkil edirdisə, 2025-ci ildə həmin rəqəm 80 milyon 896,13 min manat olub.
Hesabat dövründə maliyyə qurumunun öhdəlikləri 2024-cü ildəki 658 milyon 375,70 min manatdan 697 milyon 862,19 min manata yüksəlib (39 milyon 486,49 min manat və ya 6% artım).