BAKI, 16 yanvar. TELEQRAF

İsveç İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınması üçün çalışır.

Teleqraf xəbər verir ki, bu barədə İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard bildirib.

Malmer vurğulayıb ki, Stokholm azadlığa və öz hüquqlarına nail olmaq üçün etiraz edən minlərlə cəsur iranlı qadın və kişini dəstəkləyir, İran hakimiyyətinin dinc etirazçılara qarşı ölümcül zorakılıq tətbiq etməsini, kütləvi və qanunsuz həbsləri qətiyyətlə pisləyir.

O bildirib ki, İranda internetin kəsilməsi və məlumatlara çıxışın çətinləşməsinə baxmayaraq, etirazların zorakılıqla yatırılması barədə mövcud hesabatlar dəhşətlidir.