“Tramp” sinfinə aid ilk xətt gəmisinin tikintisinin 22 milyard dollara başa çatacağı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ABŞ Konqresinin Büdcə İdarəsinin ilkin hesablamalarına istinadla məlumat yayıb.

Məlumata görə, sözügedən döyüş gəmisinin tikintisi üçün minimal xərc 15,1 milyard dollar səviyyəsində qiymətləndirilir. Lakin su yerdəyişməsi, ekipajın sayı və gəminin silahlanması ilə bağlı hələ qəbul edilməmiş qərarlardan asılı olaraq yekun məbləğin 22 milyard dollara qədər arta biləcəyi istisna edilmir.

"Bloomberg" qeyd edir ki, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin ən bahalı gəmisi 2017-ci ildə istismara verilmiş "Gerald R. Ford" aviadaşıyıcısıdır və onun tikintisi təxminən 13 milyard dollara başa gəlib.