BAKI, 16 yanvar. TELEQRAF
Qlobal istiləşmə səbəbindən Mərkəzi Asiyada buzlaqlar və dağlarda qar örtüyü azalır.
Teleqraf Türkmənistan KİV-ə istinadla xəbər verir ki, orta illik temperaturun artması qar örtüyünü azaldır, Qazaxıstan, Türkmənistan, Tacikistan və Özbəkistanda milyonlarla insanın üçün həyati əhəmiyyət kəsb edən Amudərya və Sırdərya çaylarının su balansına təsir göstərir.
Türkmənistanın dağ silsilələri - Kopetdağ və Köytendağ böyük buzlaqlardan məhrum olsalar da, onun iqlim və hidrologiyasında mühüm rol oynayır. Müvəqqəti qar örtüyü çaylar və yeraltı suları qidalandırır, dağətəyi düzənlikləri nəmləndirir, biomüxtəlifliyi dəstəkləyir.
Kopetdağ Türkmənistanın cənub-qərb sərhədi boyunca uzanır, landşaft və bitki örtüyünün müxtəlifliyi ilə seçilir. Burada qar bəbiri, arxar və urial da daxil olmaqla, endemik bitki və heyvan növlərinə rast gəlinir. Qar örtüyünün qorunması ekosistem, ağac, kol və ot növlərinin saxlanılması üçün mühüm əhəmiyyət daşıyır.
Ölkənin şərqində yerləşən Pamir-Alay sistemi (Köytendağ) də may ayınadək mövsümi qar örtüyünə malikdir, bu qar örtüyü çay axınlarını formalaşdırır və bulaqları qidalandırır. Burada Türkmənistanda nadir növ olan vintbuynuzlu keçi – marxur yaşayır.
Böyük və Kiçik Balxan kimi alçaq dağların da öz qar rejimi və Türkmənistanın Qırmızı Kitabına daxil edilmiş nadir bitkiləri var.
Alimlər dağlarda mövsümi dəyişikliklər və qar yağışının həcmi və vaxtında dəyişiklikləri qeydə alırlar. Bu proseslər təbii landşaft və su ehtiyatlarına təsir göstərə bilir. Təsirləri qiymətləndirmək üçün iqtisadi fəaliyyət üçün birgə monitorinq və adaptasiya proqramları hazırlanır.