GORANBOY, 16 yanvar. TELEQRAF
Goranboyda baş vermiş yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən Teleqraf-a bildirilib ki, 16 yanvar 2026-cı il tarixində saat 9:20 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Onların müalicəsi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
Qeyd edək ki, qəzada 1998-ci təvəllüdlü sürücü Fərid Əliyev, 1971-ci təvəllüdlü Təranə Əliyeva və 1989-cu il təvəllüdlü Şəlalə Şadmanova xəsarət alıblar.
Onlar Xocalı sakinləridir.
***
09:23
Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Ağcakənd yolunda olub.
İlkin məlumata görə, 1998-ci təvəllüdlü Fərid Əliyevin idarə etdiyi "VAZ2107" markalı avtomobil yolda hərəkət edən mal-qaraya çırpılıb, daha sonra dərəyə aşıb.
Sürücü və avtomobildə olan iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
