BAKI, 16 yanvar. TELEQRAF
“Siqhlərin yaşadıqları saysız-hesabsız vəhşilikləri və hüquq pozuntularını sözlərlə ifadə edə bilmərik”.
Teleqraf xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransdakı çıxışı zamanı deyib.
O bildirib ki, siqhlərə qarşı ağrılı, təcili və çox vaxt nəzərə alınmayan irqçilik və zorakılıq məsələsi hər zaman gündəmdə saxlanılmalıdır:
“Bu konfrans yalnız düşüncə müzakirəsi deyil. Bu, dürüst danışmaq, düşünmək və məsuliyyət tələb etmək üçün bir məkandır. Konfrans siqhlərə qarşı ayrı-seçkiliyin tarixi keçmişini və ədalətə nail olmaq uğrunda davam edən mübarizəni əks etdirəcək”.