BAKI, 16 yanvar. TELEQRAF
"Hindistan Konstitusiyasında siqhlərin kimliyi faktiki olaraq silinib. Siqhlərə qarşı zorakılığın dərin kökləri siyasi fürsətçilik, dövlət repressiyası və siqh kimliyinin, eləcə də milli istəklərinin sistemli şəkildə inkarı ilə bağlıdır".
Teleqraf xəbər verir ki, bunu Hindistanın Pəncab vilayətinin hökumətinin insan haqları və azlıqların məsələləri naziri Rameş Sinq Arora bu gün Bakıda keçirilən “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Hindistan Konstitusiyasının 25-ci maddəsində siqhlər, buddistlər və digər icmalar ayrıca dini kimlik kimi tanınmır, hinduizmin qolları kimi təqdim olunur ki, bu da siqh kimliyinin konstitusion müstəvidə aradan qaldırılmasına xidmət edir:
“Sözügedən maddənin tətbiqi son onilliklər ərzində siqhlərə qarşı törədilən zorakılıq, təqib və kütləvi cinayətlərlə müşayiət olunub. Dialoq və konstruktiv yanaşma əvəzinə, Hindistan dövləti hərbiləşmə, insan hüquqlarının kobud şəkildə pozulması və dinc əhaliyə qarşı zorakılıq yolunu seçib”.
Nazir 1984-cü ildə həyata keçirilən “Mavi Ulduz” əməliyyatı zamanı Hindistan ordusunun siqhlərin ən müqəddəs məkanı olan Qızıl Məbədə hücumunu bunun açıq nümunəsi kimi göstərib.