BAKI, 16 yanvar. TELEQRAF
2026-cı ilin yanvar ayından etibarən Dövlət Neft Şirkəti (SOCAR) Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə Azərbaycan qazını digər ölkələrlə yanaşı, Avstriya və Almaniyadan olan alıcılara təchiz etməyə başlayıb.
Teleqraf SOCAR-a istinadən xəbər verir ki, beləliklə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.
Qeyd edək ki, İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir.