Prezident Donald Tramp ABŞ-də seçkilərin mümkün ləğvi ilə bağlı açıqlama verərkən zarafat edib.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karoline Levitt brifinq zamanı deyib.
Onun sözlərinə görə, Tramp bu fikirləri zarafatcıl formada səsləndirib. Levitt qeyd edib ki, Prezident çıxışı zamanı "biz çox möhtəşəm iş görürük, əlimizdən gələni edirik və bəlkə də Amerika xalqı düşünür ki, eyni tempdə davam etməliyik" demək istəyib.
Ağ Evin sözçüsü vurğulayıb ki, Trampın seçkilərin ləğvi ilə bağlı dedikləri ciddi niyyət daşımayıb və yalnız yumor xarakteri daşıyıb.
Xatırladaq ki, Tramp daha əvvəl xalqa müraciətində bildirmişdi ki, bir il əvvəl ABŞ ölü vəziyyətdə idi, hazırda isə ölkə dünyanın ən güclü və nüfuzlu dövlətinə çevrilib.