ŞƏMKİR, 16 yanvar. TELEQRAF
Şəmkir rayonunun Mahmudlu kəndində yaşlı kişinin meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1962-ci il təvəllüdlü Mehman Qurbanovun meyitini yaşadığı evdə ailə üzvləri aşkarlayıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanıb.