BAKI, 16 yanvar. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp İran xalqına verdiyi sözü yerinə yetirəcək”.
Teleqraf xəbər verir ki, bunu amerikalı milyarder Bill Akman X-də yazıb.
“ABŞ Prezidenti Donald Tramp İran xalqına verdiyi vədə sadiq qalacaq, məsələ yalnız bu vədin nə vaxt reallaşacağıdır. İranlılar onun sözlərinə güvənərək həyatlarını riskə atıblar, sonda etdikləri seçimin düzgün və ağıllı qərar oluğunu görəcəklər”, - milyarder bildirib.