BAKI, 16 yanvar. TELEQRAF

BAKI, 16 yanvar. TELEQRAF

Braziliya yığmasının sabiq futbolçusu Robinyonun həbs cəzası 160 gün azaldılıb.

Teleqraf UOL nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı braziliyalı futbolçunun cəzasının azaldılması ilə bağlı vəsatəti San Paulo məhkəməsi qəbul edib.

Buna səbəb ulduz idmançının təcridxanada əmək işlərində iştirak etməsi və kitab oxumasıdır.

Qeyd edək ki, Robinyo 2024-cü ildə qrup şəklində cinsi təcavüzdə iştirak etdiyinə görə doqquz il həbs cəzası alıb. O, karyerası ərzində "Real Madrid" (İspaniya), "Milan" (İtaliya), "Mançester Siti" (İngiltərə) və digər klublarda çıxış edib.