BAKI, 16 yanvar. TELEQRAF
İspaniyanın "Real Madrid" klubunun futbolçusu David Alaba karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Teleqraf "Fanatik"ə istinadən xəbər verir ki, avstriyalı müdafiəçi "Beşiktaş"ın hədəfinə düşüb.
İstanbul təmsilçisi 33 yaşlı oyunçunu hazırkı transfer pəncərəsində heyətinə qatmaq istəyir. Tərəflərin yaxın müddətdə danışıqlara başlayacağı gözlənilir.
"Kral klubu" Alabanın komandadan ayrılmasına müsbət yanaşır.
Qeyd edək ki, David Alaba 2021-ci ildən "Real Madrid"in şərəfini qoruyur. O, cari mövsüm ərzində zədə səbəbindən cəmi 6 oyunda şans qazanıb. Alabanın Madrid təmsilçisi ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatır.