ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin nümayəndəsi Mariya Korina Maçadonun ona Nobel Sülh Mükafatını hədiyyə etməsini böyük hörmət nümunəsi adlandırıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Prezidentin sözlərinə görə, Maçado ilə görüş onun üçün çox böyük bir şərəf olub.

Tramp onu çox şey yaşamış möhtəşəm bir qadın kimi xarakterizə edib və yazıb:

"Mariya mənə gördüyüm işlərə görə Nobel Sülh Mükafatını hədiyyə etdi. Bu, qarşılıqlı hörmətin gözəl nümunəsidir. Təşəkkürlər, Mariya."