Venesuela müxalifətinin lideri Mariya Maçado ABŞ Prezidenti Donald Tramp ilə görüşü zamanı ona Nobel Sülh Mükafatı medalını təqdim etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Maçado yanvarın 15-də Vaşinqtonda Ağ Evdə baş tutan görüş zamanı medalın təqdim olunduğunu bildirib. O, jurnalistlərin Trampın medalı qəbul edib-etmədiyi ilə bağlı suallarını isə cavabsız qoyub.

Qeyd edək ki, görüşdən sonra Maçado ABŞ Konqresində senatorlarla danışıqlar aparmaq üçün Kapitoliyə yollanıb.