ABŞ prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatının tam tərksilahı ilə bağlı razılaşmanın əldə olunacağına əminliyini ifadə edib.

Teleqraf xəbər verir ki, Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Misir, Türkiyə və Qətərin dəstəyi ilə HƏMAS-la hərtərəfli demilitarizasiya razılaşmasına nail olunacaq.

Onun sözlərinə görə, bu razılaşma bütün silahların təhvil verilməsini və mövcud tunellərin tamamilə ləğvini nəzərdə tutur.

ABŞ prezidenti vurğulayıb ki, HƏMAS dərhal öz öhdəliklərini yerinə yetirməli və tam tərksilah prosesinə başlamalıdır.

Tramp həmçinin Qəzza ilə bağlı sülh planının növbəti mərhələsinə keçildiyini də açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Qəzza üzrə “Sülh Şurası”nın formalaşdırıldığını elan etmişdi.