Avropa ölkələrinin hərbi qüvvələrinin Qrenlandiyaya göndərilməsi ABŞ Prezidenti Donald Trumpın ada ilə bağlı planlarına təsir göstərmir.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karoline Levitt açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropada qoşunların mövcudluğu prezidentin qərarvermə prosesinə və Qrenlandiyanı əldə etməklə bağlı planlarına heç bir təsir etmir.
Xatırladaq ki, daha əvvəl Danimarka Müdafiə Nazirliyinin nümayəndəsi Tobias Roed Jensen bəyan edib ki, ABŞ tərəfindən mümkün hücum halında Danimarka Silahlı Qüvvələri Qrenlandiyanı müdafiə etməyə borclu olacaq.
Bununla yanaşı, "The Independent" nəşri Böyük Britaniyanın Danimarkanın xahişi ilə Qrenlandiyaya bir hərbçi göndərdiyini yazıb. İsveçin baş naziri Ulf Kristersson isə ölkəsinin bir qrup zabitini Qrenlandiyaya ezam etdiyini açıqlayıb.
Eyni zamanda, Almaniya Bundesverinin sabiq mayoru Florian Pfaff bildirib ki, Tramp NATO-nun gələcəyini ciddi problem kimi görmür və bu səbəbdən Qrenlandiyanı istənilən yolla əldə etməyə çalışır.