BAKI, 16 yanvar. TELEQRAF
Böyük Britaniya Fransa və İtaliya ilə Avropa İttifaqının (Aİ) Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqları bərpa etməsi ilə bağlı razılığa gəlmir.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Britaniya xarici işlər naziri İvet Kuper Moskvanın sülhə inandırıcı maraq göstərmədiyini bildirib. O, Fransa Prezidenti Emmanuel Makron və İtaliya Baş naziri Corciya Maloninin Aİ-nin Ukraynadakı müharibəyə son qoymaq səyləri çərçivəsində Rusiya ilə diplomatik əlaqələrin bərpasını nəzərdən keçirilməsi barədə təkliflərini rədd edib.
“Düşünürəm ki, Putinin həqiqətən sülh istədiyinə və danışıqlar masası arxasında oturmaq istədiyinə dair dəlillərə ehtiyacımız var, hazırda mən hələ də bunu görmürəm”, - o vurğulayıb.
Britaniya xarici işlər naziri bildirib ki, belə bir dəlil olmadığı təqdirdə, Moskvaya təzyiq zəifləməməli, əksinə, sanksiya və Ukraynaya hərbi dəstək də daxil olmaqla artmalıdır.
“Politico” yazıb ki, bu açıqlama Brüsseldə Vaşinqtonun Moskva ilə gələcək danışıqlarda liderliyi ələ alacağı təqdirdə Aİ-nin kənarda qala biləcəyi ilə bağlı narahatlıqlar fonunda verilib.
Kuper əlavə edib ki, diplomatik ağırlıq mərkəzi hazırda Ukrayna və ən yaxın tərəfdaşlarının tərəfindədir: