BAKI, 16 yanvar. TELEQRAF

Abşeron rayonunda 45 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Teleqraf xəbər verir ki, yeni massivdə yaşayan 1981-ci il təvəllüdlü Usubov Elmidar Fikrət oğlu yaşadığı evdə qızdırıcı sobadan sızan dəm qazından zəhərlənərək həyatını itirib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.