BAKI, 11 yanvar. TELEQRAF

Fransanın cənub-şərqində baş verən qar uçqunları nəticəsində üç xizəkçi həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisələrdən biri Areş-Bofor xizək kurortunda qeydə alınıb. Orada trasdan kənarda xizək sürən bir kişi qar uçqunu nəticəsində ölüb. Daha bir nəfər isə ağır xəsarətlər alıb.

Telekanal, həmçinin, başqa bir xizək kurortunda baş verən uçqun zamanı iki Fransa vətəndaşının həlak olduğu barədə də məlumat yayıb.