BAKI, 18 mart. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk görüşü İspaniyada yerli "Barselona" və İngiltərənin “Nyukasl" klubları arasında baş tutacaq.

Gecənin digər matçlarında isə Türkiyə “Qalatasaray”ı İngiltərədə “Liverpul"un, İtaliya “Atalanta”sı Almaniyada "Bavariya"nın, İspaniya “Atletiko Madrid”i isə İngiltərədə “Tottenhem”in qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

18 mart

21:45. "Barselona" (İspaniya) - "Nyukasl” (İspaniya) (ilk oyun - 1:1)

00:00. "Liverpul" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) (ilk oyun - 0:1)

00:00. "Bavariya" (Almaniya) - "Atalanta" (İtaliya) (ilk oyun - 6:1)

00:00. "Tottenhem" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya) (ilk oyun - 2:5).