BAKI, 16 dekabr. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi Bill və Hillari Klintonun maliyyəçi Ceffri Epşteyn işi üzrə ifadə verməsini yanvar ayına təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri komitə sədri Ceyms Komerin Klintonların vəkilinə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Məlumata görə, Bill Klintonun 13 yanvar, Hillari Klintonun isə 14 yanvar tarixində ifadə verməsi planlaşdırılır. Komitə sədri bildirib ki, əgər Klintonlar bu tarixlərdə iclasa gəlməsələr, Konqresə hörmətsizlik maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər.

Komer qeyd edib ki, Klintonların vəkili əvvəlcədən onların bu həftə ifadə verə bilməyəcəyini desə də, alternativ tarixlər təklif etməyib. Bu səbəbdən komitə ifadə tarixlərini birtərəfli qaydada müəyyən edib.