BAKI, 6 dekabr. TELEQRAF

"Avropa ölkələrinin iqtisadiyyatı 2022-2025-ci illərdə anti-Rusiya sanksiyalarından 1,6 trilyon avroya qədər itirəcək".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT Baş Assambleyasının Birtərəfli Məcburiyyət Tədbirləri ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş iclası ilə bağlı bəyanatında deyilir.

"Son illərdə Rusiya Qərb ölkələrinin görünməmiş iqtisadi təzyiqinə məruz qalıb. Buna baxmayaraq, Rusiya iqtisadiyyatı davamlı olaraq böyüməyə davam edərək yüksək dərəcədə dayanıqlıq və uyğunlaşma qabiliyyəti nümayiş etdirdi. Aydın oldu ki, birtərəfli məcburi tədbirlər onları başlayanlara ciddi ziyan vurur. Təkcə, anti-Rusiya məhdudiyyətləri Avropa iqtisadiyyatına 2022- 2025ci illərdə 1,6 trilyon avro itkiyə başa gələcək", - nazirlik qeyd edib.