BAKI, 3 mart. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın növbəti mərhələsi Tehran üçün daha ağır nəticələr doğuracaq.
Teleqraf xəbər verir ki, Rubio bu barədə Konqresdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Taktiki səylərimizin detallarını açıqlamayacağam. Lakin ABŞ Silahlı Qüvvələrinin ən ciddi zərbələri hələ endirilməyib. Əməliyyatın növbəti mərhələsi İran üçün indiki mərhələdən daha sərt olacaq”, - deyə o vurğulayıb.
Rubio əlavə detallar açıqlamayıb.