BAKI, 3 mart. TELEQRAF

Kanadanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı baş konsulluğu təhlükəsizlik mülahizələrinə görə fəaliyyətini müvəqqəti dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Kanadanın BƏƏ-dəki diplomatik nümayəndəliyinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.

Məlumata əsasən, səfirlik və baş konsulluq martın 3-dən etibarən xüsusi bildiriş verilənə qədər qapalı olacaq.

Qeyd edək ki, Kanadanın Xarici İşlər Nazirliyi BƏƏ-də olan vətəndaşlarına müraciət edərək, təhlükəsizlik səbəbindən ölkəni dərhal tərk etməyi tövsiyə edib.