BAKI, 3 mart. TELEQRAF
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı bir neçə mərhələdə baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadla məlumat yayıb.
ABŞ indiyə qədər əməliyyatın iki mərhələsini həyata keçirib. Birinci mərhələ İslam Respublikasının hava müdafiəsini məhv etmək və hücum potensialını zəiflətmək üçün “Tomaqavk” raketləri və dəqiq idarə olunan sursatlardan istifadəni əhatə edib. İkinci mərhələdə ABŞ ordusu İrandakı möhkəmləndirilmiş hədəfləri, o cümlədən raket qurğuları və ballistik raket mövqelərini məhv etmək üçün B-1 və B-2 strateji bombardmançı təyyarələr və ağır bombalar yerləşdirilib.
Qeyd olunur ki, ABŞ ordusu əməliyyatın neçə mərhələdən ibarət olacağını açıqlamayıb. ABŞ hələ İranın nüvə obyektlərinə hücum etməyib, əməliyyatın sonrakı mərhələlərində onlar da hədəfə çevrilə bilər.