BAKI, 3 mart. TELEQRAF

SEPAH Şimali İraq Kürd Muxtariyyətinin ərazisində hökumət əleyhinə qrupların mövqelərini məhv etdiyini açıqlayıb.

***

17:05

SEPAH-ın “Qüds” briqadasının Livandakı qüvvələrinin komandiri Davud Əlizadə İsrail Hərbi Hava Qüvvələrinin Beyruta hücumu zamanı öldürülüb.

***

17:03

İran Hərbi Hava Qüvvələri İsrailə raket zərbələri endirib.

Hava hücumu ilə əlaqədar ölkənin bəzi bölgələrində həyəcan siqnalı verilib.

***

16:25

“Al Arabiya”nın yaydığı məlumata əsasən, İranın Səudiyyə Ərəbistanına qarşı bir sıra hücumları İraq ərazisindən həyata keçirilib.

Ər-Riyadın vəziyyəti izlədiyi bildirilib.

***

15:49

Bəhreyn Hərbi Komandanlığının məlumatına görə, ölkənin hava hücumundan müdafiə qüvvələri eskalasiyanın başlanğıcından bəri İrandan atılan 73 raket və 91 dron məhv edib.

ONA-nın məlumatına görə, Omanın Hava Hücumundan Müdafiə Qüvvələri Dhofar əyaləti üzərində iki İran PUA-sını məhv edib. Daha bir PUA Salalah limanı yaxınlığında yerə çırpılıb.

***

15:19

Martın 2-də Qətər Hərbi Hava Qüvvələri tərəfindən vurulan iki İran Su-24 qırıcı təyyarəsi (Rusiya istehsalı - red.) Qətərin hava məkanını pozub.

Teleqraf xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə bildirib.

***

15:03

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Adri Livanın cənubundakı təxminən 80 kəndi təxliyə etməyə çağırıb.

Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkənin Silahlı Qüvvələri İranın paytaxt Dohadakı Həməd Hava Limanına hücum cəhdlərinin hamısını dəf edib.

***

14:43

Məlumata görə, İran ABŞ-nin Bəhreyndəki Şeyx İsa aviabazasındakı texniki obyektlər də daxil olmaqla, 10 strateji komanda məntəqəsinə zərbə endirib.

Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, İran Masaidadakı strateji su anbarı və Ras Laffandakı Qətər Enerji Sənaye Kompleksinə zərbələr endirib.

İsrail isə Livanın cənubunda “Hizbullah”ın 160 hədəfinə zərbələr endirdiyini açıqlayıb.

***

14:07

“Agence France-Presse” agentliyinin verdiyi məlumata görə, Qüds ərazisində bir neçə partlayış səsi eşidilib.

İranın dövlət televiziyası bundan əvvəl Yaxın Şərqdəki ABŞ və İsrail hədəflərinə yeni raket zərbələri endirildiyini bildirmişdi.

Bəhreynin paytaxtı Manama və BƏƏ-nin Füceyra şəhərində partlayışlar barədə məlumat yayılıb.

İran Omanın Salalah şəhərindəki Risut limanına da hücum edib

***

13:21

İranın dövlət televiziyasının verdiyi məlumata görə, Yaxın Şərqdəki ABŞ və İsrail hədəflərinə növbəti raket zərbəsi endirib.

***

12:43

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Fuceyrada neft müəssisəsinə PUA hücumunun qarşısını raketlərlə alıb.

PUA-nın vurulmasından sonra fraqmentlərin əraziyə düşməsi səbəbindən müəssisədə yanğının baş verdiyi bildirilib.

İsrail Müdafiə Qüvvələri isə Beyrutda “Hizbullah”ın komandanlıq mərkəzləri, silah anbarları və peyk rabitəsi qurğularına zərbələr endirib.

***

12:15

“Reuters”in məlumatına görə, Livan ordusu İsrailin hücumları fonunda sərhəd boyunca azı yeddi mövqedən geri çəkilib.

***

12:00

Oman İran PUA-larının hücumundan sonra Duqm dəniz limanında neft tankerinin partladıldığı və alovlandığını açıqlayıb.

***

11:57

İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, SEPAH-ın “Qüds” briqadası komandirinin müavini İsrailin Beyruta hava zərbələri zamanı öldürülüb.

***

11:34

İranın İraqdakı proksi qrupları ölkənin şimalındakı kürd qüvvələrinin düşərgəsinə dronlarla hücum ediblər.

***

11:30

“Hizbullah” İsrail ordusunun Qolan təpələrindəki qərargahının atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın Teleqram kanalında bildirilib.

***

11:18

İsrail ordusu müdafiəsini gücləndirmək məqsədilə Livanın cənubunda bir neçə mövqeni tutduğunu açıqlayıb.

***

10:43

Böyük Britaniya Yaxın Şərqdəki gərginlik fonunda özünün “Type-45” esmineslərindən birini yüksək hazırlıq vəziyyətinə gətirib.

Teleqraf xəbər verir ki, bu barədə “The National” Britaniya Hərbi Hava Qüvvələrindəki mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, hərbi gəmi fövqəladə hallar üçün yüksək hazırlıq vəziyyətindədir. Esmines PUA və İranın hipersəs raketlərini ələ keçirə bilən “Sea Viper” zenit-raket sistemi ilə təchiz olunub.

***

10:39

Qolan, Yerusəlim (Qüds), Qalileya və İsrailin digər bölgələri PUA-larla hədəfə alınıb.

Ölkənin bu və digər bölgələrində hava hücumu siqnalı verilib.

İsrail mənbələri PUA-ların “Hizbullah” tərəfindən atıldığını bildiriblər.

***

10:02

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta zərbələr endirilib.

Həmçinin, Livandan İsrail ərazisinə beş raket buraxılışı qeydə alınıb.

***

09:58

İran ABŞ-nin İraqın Ərbil şəhərindəki hərbi bazasına hücum edib.

***

09:54

Dünən gecə İrandan baş verən hücumdan sonra Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı ABŞ səfirliyi fəaliyyətini və bütün ictimai qəbulları növbəti xəbərdarlığa qədər dayandırıb. Bu barədə diplomatik missiyanın saytında dərc olunmuş açıqlamada bildirilib.

Səfirlik həmçinin Səudiyyə Ərəbistanındakı bütün vətəndaşları təhlükəsiz sığınacaqlar tapmağa və növbəti xəbərdarlığa qədər oranı tərk etməməyə çağırıb.

***

09:52

İrandan hava hücumu ilə əlaqədar İsrailin bəzi bölgələrində həyəcan siqnalları verilib.

***

09:51

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, İordaniya, İraq və Bəhreyndəki səfirliklərin bəzi diplomatları və ailələri təxliyə olunur.

***

09:45

ABŞ-nin Qətərdəki səfirliyi ölkədəki bütün amerikalıları təhlükəsiz sığınacaq tapmağa və növbəti xəbərdarlığa qədər orada qalmağa çağırıb.

Səfirlik həmçinin bu həftə ABŞ vətəndaşlarına xidmət göstərməyəcəyini bildirib. Bundan əlavə, səfirlik Qətərdən gedən ABŞ vətəndaşlarını təxliyə etmir və ya onlara birbaşa yardım göstərmir.

***

09:35

İsrail ordusu Livanda “Hizbullah” Hərəkatının “Nur” radiostansiyasına zərbə endirib.

***

09:29

İran Hərbi Hava Qüvvələri Bəhreynə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.