BAKI, 3 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunmayacağı ikinci görüşdən sonra aydınlaşıb.

Teleqraf xəbər verir ki, Uitkoff bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Onlarla ədalətli razılaşma əldə etməyə çalışdıq. İkinci görüşün sonunda bunun mümkün olmadığı tam aydın oldu. Buna baxmayaraq, onlara daha bir şans vermək üçün üçüncü görüşə də getdik”, – deyə o bildirib.

Bundan əvvəl “Axios” portalı mənbələrə istinadən yazmışdı ki, ABŞ və İsrail Vaşinqtonla Tehran arasında Cenevrədə keçiriləcək növbəti danışıqlardan bir həftə əvvəl İrana qarşı mümkün hücumun vaxt çərçivəsini razılaşdırıblar.