BAKI, 3 mart. TELEQRAF

“Biz həmişə enerji sektoru və regionumuzun Avropa üçün enerji mərkəzi kimi rolu ilə maraqlanmışıq. Son illərdə bəzi çətinliklərlə üzləşmişik. Üç il əvvəl Azərbaycan Ermənistanın iştirakı olmadan Avropaya yaşıl enerji ixrac planlarını təqdim etmişdi”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “Tramp Marşrutu” layihəsinin perspektivlərini şərh edərkən deyib.

“2024-cü ildə “Global Gateway” beynəlxalq sammitində Ermənistanın buna daxil edilməsi məsələsini açıq şəkildə qaldırdım. Avropa İttifaqı rəhbərliyi bunu dəstəklədi. Ursula fon der Leyen xüsusilə qeyd etdi ki, Ermənistan da daxil edilməlidir. Bu, bizim üçün əsl fürsətdir. Ermənistanın əhəmiyyətli potensialı var”, - o bildirib.