BAKI, 3 mart. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatı (BMT) fevralın 26-dan bəri Əfqanıstan və Pakistan arasında davam edən silahlı münaqişə nəticəsində həyatını itirənlərin və xəsarət alanların sayına dair rəsmi məlumat yayıb.

Teleqraf xəbər verir ki, fevralın 26-dan başlayan silahlı toqquşmalar zamanı azı 42 nəfər həlak olub.

Münaqişə nəticəsində daha 104 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.