BAKI, 3 mart. TELEQRAF
İran ölkədən bütün növ ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına tam qadağa qoyub. Bu qərar ölkənin daxili bazarını qorumaq məqsədi daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə İranın Gömrük Xidməti məlumat yayıb.
Gömrük Xidmətinin məlumatına görə, rəsmi Tehran bütün ərzaq və kənd təsərrüfatı mallarının ixracını dayandırmaq barədə qərar qəbul edib.
Qadağanın nə vaxta qədər qüvvədə qalacağı barədə əlavə məlumat verilməyib.