BAKI, 3 mart. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio iddia edib ki, İran bir il və ya il yarım ərzində o qədər çox raket və pilotsuz uçuş aparatı toplaya bilərdi ki, ona qarşı hərbi əməliyyat keçirmək mümkün olmazdı.
Teleqraf xəbər verir ki, Rubio bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Bu əməliyyat həyata keçirilməli idi, çünki İran bir ildən və ya il yarımdan sonra xətti keçəcək və faktiki olaraq toxunulmazlıq əldə edəcəkdi. Bu o deməkdir ki, onların o qədər qısa mənzilli raketi və o qədər pilotsuz uçuş aparatı olacaqdı ki, heç kim bunun qarşısını ala bilməyəcəkdi”, - deyə o bildirib.
Rubio qeyd edib ki, məsələ ilə bağlı Konqres üzvləri ilə keçiriləcək görüşdə İrana qarşı hərbi əməliyyatın gedişi barədə məlumat verəcək. Gözlənilir ki, ABŞ administrasiyasının digər rəsmiləri də yaxın günlərdə Konqresi bu barədə məlumatlandıracaqlar.