BAKI, 3 mart. TELEQRAF

Ukrayna Prezident Ofisinin korrupsiya qalmaqalı səbəbindən işdən çıxan keçmiş rəhbəri Andrey Yermak yeni ictimai vəzifəyə gətirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın "İnsayder" nəşri məlumatı yayıb.

Məlumata görə, Andrey Yermak Milli Vəkillər Assosiasiyasının hərbi əməliyyatlardan zərər çəkmiş ukraynalıların müdafiəsi üzrə komitəsinin rəhbəri təyin edilib.