BAKI, 3 mart. TELEQRAF

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin ilk oyununda Şimali Makedoniya yığması ilə üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Dalğa Arena”da baş tutan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Anna Adamskayanın idarə etdiyi görüşdə qolları millinin kapitanı Sevinc Cəfərzadə (28 və 78-ci dəqiqələr) vurub.

Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda növbəti matçını martın 7-də Macarıstan millisinə qarşı keçirəcək.