BAKI, 3 mart. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian, məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei və Ekspertlər Şurasının üzvü Əlirza Ərəfidən ibarət Müvəqqəti Rəhbərlik Şurasının iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Media iclasdan yeni foto da dərc edib.

Xatırladaq ki, Müvəqqəti Rəhbərlik Şurasının İranın Ali rəhbəri Əli Xameneinin fevralın 28-də ABŞ və İsrailin hava hücumu zamanı öldürülməsindən sonra təsis olunub. Qurumda yer alan Əlirza Ərəfinin müvəqqəti olaraq ali rəhbərin vəzifələrini icra edəcəyi bildirilib.

Ekspertlər Şurasının yaxın günlərdə İranın yeni ali rəhbərini seçəcəyi gözlənilir.