BAKI, 3 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Britaniyanın Baş naziri Kir Starmeri ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına münasibətdə tutduğu mövqeyə görə tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri Britaniyanın "The Sun" müsahibəsində bildirib.

Tramp iki ölkə arasındakı münasibətlərin artıq ən yüksək səviyyədə olmadığını vurğulayıb:

"Münasibətlərin artıq əvvəlki kimi olmadığını görmək çox üzücüdür. Bu, ən güclü münasibətlər idi. İndi isə bizim Avropanın digər ölkələri ilə çox yaxşı əlaqələrimiz var".

ABŞ lideri Kir Starmerin Vaşinqtona lazımi köməkliyi göstərmədiyini qeyd edərək, "Böyük Britaniyadan belə bir addım görəcəyimi heç vaxt düşünməzdim" deyib.

Sonda Donald Tramp artıq Yaxın Şərqdə Böyük Britaniyanın dəstəyinə ehtiyac duymadıqlarını da əlavə edib.

Qeyd edək ki, Trampın narazılığına əsas səbəb Starmerin İrana zərbələr endirmək üçün Hind okeanındakı birgə hərbi bazadan istifadəyə dərhal icazə verməməsi olub.