BAKI, 3 mart. TELEQRAF

2026-cı ilin yanvarında “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 2,7 milyon ABŞ dollar dəyərində məhsul ixrac edib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nda qeyd olunub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,7% azalma deməkdir. İdarə 2025-ci ilin yanvarında 4,2 milyon dollarlıq məhsul ixrac etmişdi.