BAKI, 3 mart. TELEQRAF
“Bu gün regionda davamlı sülh üçün real və görünən şans var. Bir ildən çoxdur sərhədlərdə atışma olmayıb. Bunun əvəzinə ticarət mübadiləsi başlayıb, Bakı və İrəvanda vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri keçirilir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.
“Bu yaxınlarda Azərbaycan nümayəndə heyəti artıq sərhədi müəyyən edilmiş hissədən keçərək burada böyük tədbirdə iştirak etdi. Avropa ölkələri və gəncləri əhatə edən təşəbbüslər də daxil olmaqla, bu cür təşəbbüslər sakit və problemsiz şəkildə həyata keçirilir. Bunlar irəliləyişin aşkar əlamətləridir.
Səkkiz-doqquz ay əvvəl az adam inanardı ki, Azərbaycanla sülh prosesinə başlaya bilərik, amma beynəlxalq dəstək sayəsində irəliləyə bildik, - o qeyd edib.