BAKI, 3 mart. TELEQRAF
Yerli KİV ABŞ və İsrailin davam edən hava hücumları fonunda İranın Şiraz şəhərində partlayışlar barədə məlumat yayıb.
***
10:36
İran mənbələri İsfahan şəhərində güclü partlayışlar barədə məlumat yayıblar.
***
10:34
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Kamal Penhasi hava hücumu zamanı Tehranda İranın Dövlət Televiziya-Radio Kompleksinin hədəfə alındığını bildirib. O, dövlət televiziyasını “SEPAH-ın yalan aparatı” və “rejimin repressiya maşınının döyünən ürəyi” adlandırıb.
***
10:29
İsrail və ABŞ-nin qırıcı təyyarələri Urmiyaya zərbələr endirib. Hücumdan sonra şəhərdə güclü partlayış səsləri eşidilib.
***
10:25
İsrail Hərbi Hava Qüvvələri Tehranda hərbi sənaye müəssisələri və ölkənin mərkəzindəki raket obyektlərinə zərbələr endirir.
***
09:57
İsrail Hərbi Hava Qüvvələrinin zərbələrindən sonra İranın paytaxtı Tehranda güclü partlayışlar baş verib.
ABŞ və İsrailin hava hücumu zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş üzvü öldürülüb. ISNA-nın məlumatına görə, hadisə Buşehrin cənubuna endirilən zərbə nəticəsində baş verib.
***
09:31
İsrail Hərbi Hava Qüvvələri eyni vaxtda İran və Livana qarşı genişmiqyaslı hücum dalğasına başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.