BAKI, 3 mart. TELEQRAF

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ABŞ və İsrailin hava hücumu zamanı ölməyib.

Teleqraf xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

“Mahmud Əhmədinejad sağdır, sui-qəsd cəhdindən salamat çıxıb və təhlükəsiz yerdədir”, - mənbə bildirib.

Xatırladaq ki, bundan əvvəl İranın bəzi media qurumları Əhmədinejadın ABŞ və İsrailin hava hücumlarında öldürüldüyü barədə məlumat yaymışdı.