BAKI, 3 mart. TELEQRAF

ABŞ və İsrailin Tehrana endirdiyi son zərbələr nəticəsində İran parlamentinin köhnə binası zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, İran Məclisinin köhnə binası zərbə nəticəsində xəsarət alıb və ərazi mühasirəyə götürülüb.

Hadisə nəticəsində xəsarət alanlar və dəyən ziyanın miqyası barədə hələlik məlumat verilməyib.