BAKI, 3 mart. TELEQRAF
"CNN Türk" telekanalının əməkdaşları İsraildə saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burahəddin Duran məlumat verib.
O "CNN Türk" müxbiri Emrah Çakmak və operator Halil Kahramanın İsraildə nəzarətə alındığını və jurnalistlərin azadlığa buraxılması üçün lazımi addımların atıldığını vurğulayıb:
"CNN Türk müxbiri Emrah Çakmak və operator Halil Kahramanın İsraildə saxlanıldığını öyrəndim. Jurnalist dostlarımızın bir an əvvəl sərbəst buraxılması üçün lazımi təşəbbüslər göstərilir və məsələni həssaslıqla izləyirik".