BAKI, 3 mart. TELEQRAF

Çin hakimiyyəti enerjidaşıyıcılarının təhlükəsizliyini təmin etmək məqsədilə İrana müraciət edərək Hörmüz boğazının açıq saxlanılmasını və neft-qaz nəqliyyatına qarşı hücumlardan qaçınılmasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Pekin Fars körfəzi ölkələrindən, xüsusilə Qətərdən gələn enerji tədarükündən böyük dərəcədə asılı olduğu üçün Tehranı gərginliyi artırmamağa çağırıb:

"Regionda tankerlərin hərəkətinə mane olan və Qətərdə mayeləşdirilmiş təbii qaz (LNG) istehsalının qısamüddətli dayanmasına səbəb olan hücumlardan sonra Çin rəsmiləri Tehrana xəbərdarlıq ediblər. Pekin vurğulayıb ki, qlobal və Çin bazarları üçün həyati əhəmiyyət kəsb edən enerji marşrutlarına zərbə vurulmamalıdır",- məlumatda qeyd edilib.