BAKI, 3 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın əsas hədəfi İranın nüvə bombası əldə etməsinin qarşısını almaqdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.

O vurğulayıb ki, İran rejimi ilə bağlı baş verən digər proseslər Prezidentin əsas hədəfi yanında ikinci dərəcəli əhəmiyyət kəsb edir:

"Rejimlə bu və ya digər formada nə baş verməsindən asılı olmayaraq, bu, Trampın buradakı əsas məqsədinin yanında ikinci dərəcəlidir. Onun əsas hədəfi İran terror rejiminin nüvə bombası əldə etməsinin qarşısını almaqdır".

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei ilə yanaşı, ölkənin bir çox yüksək rütbəli rəsmisi öldürülüb. Baş verənlərə cavab olaraq, İran tərəfi ABŞ və İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.