BAKI, 3 mart. TELEQRAF
“Qara dənizin dibi ilə çəkiləcək kabel Gürcüstan və Rumıniyanı 1300 meqavatlıq sualtı ötürücü xətt vasitəsilə birləşdirəcək və Avropaya təmiz elektrik enerjisinin ixracını mümkün edəcək”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili deyib.
“Paralel olaraq, Azərbaycan, Rumıniya və Macarıstanla birlikdə genişmiqyaslı elektrik interkonnektoru və yaşıl enerji dəhlizi inkişaf etdirilir. Bu layihələr təkcə infrastruktur deyil, həm də diversifikasiya, dekarbonizasiya və uzunmüddətli dayanıqlılığa ortaq sadiqliyin göstəricisidir”, - nazir bildirib.