BAKI, 3 mart. TELEQRAF
İranla danışıqlar aparmaq üçün artıq çox gecdir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Donald Tramp paylaşımında İranın hərbi gücünün əhəmiyyətli dərəcədə zəiflədiyini vurğulayıb:
"Onların hava hücumundan müdafiə sistemləri, hərbi hava qüvvələri, hərbi dəniz donanması və rəhbərliyi artıq yoxdur. İndi danışıqlar aparmaq istəyirlər. Mən isə dedim: "Artıq çox gecdir!".
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei ilə yanaşı, ölkənin bir çox yüksək rütbəli rəsmisi öldürülüb. Baş verənlərə cavab olaraq, İran tərəfi ABŞ və İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.